Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Dek
2019
00:26
661

07
Dek
00:26



Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət CƏDVƏLİ dəyişdirilir

Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən XeberOxu.Az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddədti isə 50 dəqiqə azaldılıb.

Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23-15-də (20-40 əvəzində) yola düşəcəkdir. Tbilisiyə qatar saat 10-35-də (8-55 əvəzində) çatacaqdır. Tbilisidən saat 20-35-də yola düşərkən Bakıya saat 7-30-da (8-52 əvəzində) çatacaq. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarında yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.

Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni hərəkət cədvəlində 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcəkdir. Qatar Bakıdan saat 23-55-də (23-00 əvəzində) yola düşəcəkdir. Böyük Kəsik stansiyasına qatar saat 8-55-də (8-50 əvəzində) çatacaq. Böyük Kəsik stansiyasından saat 21-40-da (20-20 əvəzində) yola düşərkən Bakıya saat 6-25-də-da (6-30 əvəzində) çatacaq.

Yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Parlament seçkilərində namizədlərin sayı məlum oldu: Ən çox namizəd hansı dairədəndir?







Şəki sakini müəmmalı şəraitdə ölüb







BNA Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı







Bakıda bank əməkdaşı iş yerində öldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.