Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Dek
2019
11:32
653

07
Dek
11:32



Azər Əliyev: Azərbaycanın sığorta bazarı dinamik artım perspektivinə malikdir

Sığorta bazarı Azərbaycanın milli iqtisadiyyatının inkişafında prioritet istiqamətlərdən biridir və bununla əlaqədar bu seqmentə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Ekspertlərin proqnozlarına əsasən, ortamüddətli perspektivdə bu seqmentdə müxtəlif sığorta növlərinin artım tendensiyası gözlənilir. Bu, həmçinin, bank kreditləşməsinin aktivləşdirilməsi, daşınmaz əmlakın və kənd təsərrüfatının sığortası hesabına mümkün olacaq.

Xeberoxu.Az bildirir ki,Azərbaycanın sığorta bazarının hazırkı vəziyyəti, eləcə də bu seqmentin inkişafı üçün vacib olan qanunvericilik islahatları barədə Trend-ə müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının və “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev danışıb.

Yerli sığorta bazarının vəziyyətinin dəyərləndirilməsi...

Azərbaycan sığorta bazarının hazırkı vəziyyəti sabit inkişaf etməkdədir. Hazırda avtosığorta sahəsində, daha dəqiq desək, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və KASKO sığortalarında artım müşahidə olunur. Könüllü tibbi sığorta sahəsində sığorta haqqlarının yığımında artım müşahidə olunur. Bazarımızın əsas çatışmayan cəhəti qanunvericilik təşəbbüsləri sahəsində kifayət qədər aktiv fəaliyyətin olmamasıdır. Zənn edirəm ki, İcbari sığorta növləri haqqında qanunun həmçinin Vergi Məcəlləsinin sığorta sahəsinə aid maddələrin təkmilləşdirilməsində zərurət var. Fikrimcə, Həyatın yığım sığortası üzrə mükafatların kəskin azalmasına baxmayaraq, ilin sonunadək sığorta yığımları ötən ilin göstəricilərinə bərabər olacaq.

Sığorta sahəsində mövcud olan müsbət və mənfi hallar

10 ay ərzində könüllü tibbi sığorta üzrə yığımlar 10 milyon manatadək artmışdır. Bu, çox yaxşı göstəricidir. Avtomobillərin könüllü sığortası (KASKO) üzrə də 20 faiz artım müşahidə olunur. Həyat sığortası bazarı isə 40 faiz azalıb. Hesab edirəm ki, könüllü tibbi sığorta və KASKO məhsulları üzrə artım, həyat sığortası istiqamətində isə azalma davam edəcək.

Həyat sığortası bazarında azalmanın əsas səbəbi, ötən ilin sonunda sözü gedən məhsul üzrə qanunvericilikdə tətbiq olunan dəyişikliklərlə əlaqədardır (yeni qanuna istinad olaraq yığım sığortasına sığorta olunanın əmək haqqının ən çox 50 faizi yönləndirilə bilər).

Banklar tərəfindən avtomobillərin əldə edilməsi üçün kredit verilməsində artım səbəbindən və bu növə, sığorta mədəniyyətinin artması səbəbindən, tələbatın artması ilə əlaqədar, KASKO sığortası üzrə artım müşahidə olunur. Könüllü tibbi sığorta üzrə artım isə şirkətlər tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.

Sığorta sahəsində islahatların vacibliyi haqqında!

Sığorta bazarınını səmərəliliyinin təkmilləşdirilməsi və artımı üçün ilk növbədə mütləq şəkildə qanunvericilikdə dəyişikliklər mütləqdir, çünki islahatlar olunmadığı halda sığorta bazarının böyüməsi barədə danışmaq çətin olacaqdır. Hal-hazırda bu bazarın inkişafı üçün yaxşı təməl qoyulub, amma nəzərə alsaq ki, qanunvericiliyə sonuncu dəyişikliklər 5-6 il əvvəl edilməsini nəzərə alsaq, sığorta sektorunda yeni qanunvericilik islahatlarında zərurət var.

...avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı vəziyyət

Sığorta sahəsində proseslərin avtomatlaşdırılması müntəzəm olaraq aparılır. Bir neçə ay əvvəl İcbari sığorta Bürosu NVSMMİS məhsulu üzrə bütün sığorta hadisələrinin qeydiyyatı üçün İT platforma tətbiq edib. İndi bu məhsulu təqdim edən bütün sığorta şirkətləri sığorta hadisələri barədə məlumatı bu sistemə daxil etməlidir. Keyfiyyətli qeydiyyat bu məhsul üzrə itkilərin daha dəqiq təhlil üçün imkan yaradacaq. Bununla yanaşı, məlumdur ki, NVSMMİS məhsulu ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil və bir çox sığorta şirkətləri üçün sözügedən sığorta növü maraqlı deyil. Bu isə öz növbəsində göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərir və müştərilərin narazılığa səbəb olur.

...Aqrar sığortanın işə düşmnəsi

Bir neçə ay əvvəl “Aqrar sığorta haqqında” qanun qəbul olundu və bunun əsasında Aqrar Sığorta Fondu yaradıldı. Bu Fond Azərbaycanda aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığının təmin olunmasına yönəldilib.

Sığorta bazarında sığorta haqqlarının yığımı üzrə lider şirkətlər

Bizim böyük olmayan bazarımızda portfelin müəyyən həcminin bir sığorta şirkətindən digərinə keçməsi adi prosesdir. Lakin təəssüf ki bu cür fəaliyyət, ölkənin sığorta bazarının artımına heç bir təsir göstərmir. Avtonəqliyyat vasitələrinin icbari sığortası bazarında iştirakçıların necə dəyişdiyini müşahidə etmək olar. Əvvəlki illərin liderləri bu seqmentdə sığorta haqqlarının böyük hissəsindən imtina edir və onları əvvəl bu istiqamətdə fəal olmayan, ya da kiçik portfelə malik şirkətlər ələ keçirir. Bu ilin 9 ayı ərzində “Xalq sığorta” şirkətinin mükafatlarının həcmi 200 faizdən çox artıb. “A qrupp” şirkətinin mükafatları 70 faiz, “Qala sığorta” şirkətinin mükafatları 50 faiz artmışdır.

2019-cu il Sığortaçılar Assosiasiyası üçün necə keçmişdir?

2019-cu ildə Sığortaçılar Assosiasiyası qanunvericilik tövsiyələri üzərində fəal işləyib. Sığorta sahəsində təbliğat və tədris məsələlərini təhlil etmişik, 2020-ci ildə reallaşdırılacaq Tədbirlər planı hazırlanıb. İllik Beynəlxalq Sığorta Forumunu təşkil etmişik.

Atəşgah Sığorta” şirkətinin gələcək planları barədə...

“Atəşgah Sığorta” şirkəti 10 ay ərzində təxminən 60 milyon manat sığorta haqqı yığıb. İlin sonunadək yeni məhsulların tətbiq olunması planlaşdırılmır. İndi biz 2020-ci il üçün əməliyyat planı və büdcənin hazırlanması ilə məşğuluq. Amma yeni ildən daşınmaz əmlak, könüllü avtosığorta üzrə maraqlı pərakəndə məhsullarının tətbiqi gözlənilir. Həyat sığortası üzrə maraqlı məhsullar hazırlanır. Təklif olunan xidmətin keyfiyyətinin yüksəldilməsi üzərində daim işləyirik.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Parlament seçkilərində namizədlərin sayı məlum oldu: Ən çox namizəd hansı dairədəndir?







Şəki sakini müəmmalı şəraitdə ölüb







BNA Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı







Bakıda bank əməkdaşı iş yerində öldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.