Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
13:10
2103
17
Okt
13:10



Əli Əhmədov: Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində ermənilərin Gəncə şəhərini xaincəsinə bombalaması, eləcə də Füzuli şəhərinin işğaldan azad edilməsi münasibəti ilə bağlı fikirlərini paylaşıb.

XeberOxu.Az-ın məlumatına görə, Ə.Əhmədov qeyd edib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Ordumuzun yeni möhtəşəm qələbəsi Qarabağın azadlığını anbaan yaxınlaşdırır. Füzulinin azad edilməsi xalqımızın azadlıq mübarizəsində xüsusi əhəmiyyətə malikdir.

Füzulinin işğaldan azad olunmasını heç cür həzm edə bilməyən erməni faşistləri dinc əhaliyə qarşı yeni vəhşiliyə əl atdılar. Gəncəni yenidən raket atəşinə tutdular.

Gəncənin ikinci dəfə raket atəşinə tutulması erməni vəhşiliyinin növbəti iyrənc ifadəsidir. Hərb meydanında məğlub olan Ermənistan, adətinə uyğun olaraq dinc əhalini, uşaq və qadınları hədəfə alır. Xocalıdakı vəhşəti törədənlərin övladlarından başqa bir şeyi gözləməyə dəyməz.

İllərlə hər cür şıltaqlıqlarına dözərək, bir sıra hallarda isə bu şıltaqlıqlara həvəsləndirərək indiki vəhşi xislətli Ermənistanı yaradanlar onun törətdiyi vəhşiliklərə görə məsuliyyət daşımalıdırlar. Lakin çox təəssüf ki, islah edilməsi mümkün olmayan barbar hərbi cinayətkarı yetişdirib bugünki bəşəriyyətə ürcah edənlər nədənsə susurlar. Dinc əhalinin, uşaqların, qadınların, yaşlı insanların həlak olması da onların daş qəlbini diqqətə gətirmir. İki raket zərbəsi nəticəsində Gəncə şəhərində 20-dən çox günahsız insan, o cümlərən qadın və uşağın qətlə yetirilməsi, 80-ə yaxın insanın isə ağır xəsarət alması cəzasız qalmamalıdır və qalmayacaqdır. Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Ermənistan rəhbərliyi əmin olmalıdır ki, törətdiyi vəhşiliklər Azərbaycan xalqının mübarizə və qələbə əzmini sındıra bilməz. Qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü davam edir və edəcək.

Qarabağ Azərbaycandır!”

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.