Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
12:22
168



Əli Həsənov: Azərbaycan dili bütün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində qorunmalıdır

Azərbaycanın dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan, dövlət idarəçiliyində iştirak edən məmurlarla yanaşı, akademik strukturlarda təmsil olunan akademiklərin, alimlərin, institutların elmi işçilərin üzərinə düşür.

XeberOxu.Az-ın məlumatına görə,  bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Həsənov bildirib ki, əlbəttə, Azərbaycan dili bütün təhsil müəssisələrində, eləcə də kütləvi informasiya vasitələrində qorunmalıdır.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir məmurun xarici dili yüksək səviyyədə bilməsi onun üstünlüyüdür, amma dövlət dilini bilməməsi və o dildə danışmaması onun qəbahətidir:

"Məmur xarici dili bilmirsə, əlbəttə, bu onun çatışmazlığıdır. Xarici dili bilmək məmura əlavə üstünlük verir, amma bilməməsi qəbahət sayılmır, qəbahət dövlət dilini bilməməkdir. Bu, ziyalılara, jurnalistlərə də aiddir”.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Siyasət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]