Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
15:29
579

20
Iyun
15:29



Ən yaxşı biznes plana malik 500 namizədə kiçik biznes qurumlarında dəstək göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsi kimi özünüməşğulluq proqramı əsasında əlilliyi olan şəxslərin biznesə çıxışının dəstəklənməsi nəzərdə tutulur.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dair təqdimat keçirilib.

Trend-in məlumatına görə təqdimatda ilkin olaraq layihənin keçiriləcəyi 12 rayon və şəhərin (Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri) məsul şəxsləri iştirak edib.

İştirakçılara proqramın məqsədi haqqında məlumat verilib, layihənin icra mərhələləri, seçim meyarları, əlilliyi olan şəxslərin proqrama müraciət qaydası və tələb olunan sənədlər, digər aidiyyatı məsələlərlə bağlı məlumat verilib.

Bildirilib ki, layihənin ilkin mərhələsi 2019-2020-ci illəri əhatə edəcək və 700 namizəd seçilərək təlim kurslarına cəlb ediləcək. Təlimi uğurla başa vuran və iqtisadi cəhətdən dayanıqlı biznes ideya hazırlayan 600 namizədə biznes planın hazırlanmasında, biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes plana malik 500 namizəd isə yeni biznesin qeydiyyatdan keçirilməsində və kiçik biznes qurumlarında dəstəklə təmin ediləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az