Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
16:29
846

21
Sen
16:29



Ərdoğan: “Volkan Bozkırın BMT Baş Assambleyasının rəhbərliyinə namizədliyini irəli sürəcəyik”

“Dünya liderləri ilə təkbətək görüşlərim olacaq. Sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcəyəm. Çıxışımda BMT-nin gündəmində olan sülh və təhlükəsizliyin təməl məsələlərinə münasibətimizi bildirəcəyik”.

Xeberoxu.Az-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Nyu-Yorka səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlama verərkən bildirib.

Ərdoğan səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri, səfir Volkan Bozkırın BMT Baş Assambleyasının
prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəklərini də bildirib: “İnanıram ki, Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti vəzifəsini layiqincə icra
edəcək”.

Türkiyə Prezidenti böyük bir heyətlə ABŞ-a səfər edəcəyini bildirib: “Bu tədbirə 150 ölkənin dövlət başçıları, 40-dan çox ölkənin nazirləri gələcək. Builki
toplantında iqlim, davamlı inkişaf, səhiyyə, yoxsulluğun aradan qaldırılması, təhsil kimi mövzular əsas olacaq. Biz Türkiyədə, regionda və dünyada baş verən hadisələr barədə fikirlərimizi açıq bildirəcəyik”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az