XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



12 Apr
2021
14:58
568
12
Apr
14:58



ABŞ-da yenə polis afroamerikalını ÖLDÜRDÜ: İnsanlar AYAĞA QALXDI

ABŞ-ın Minnesota ştatının Bruklin-Senter şəhərində polisin afroamerikalı şəxsi güllələməsindən sonra insanlar kütləvi etirazlara başlayıblar.

Bu barədə "Star Tribune" məlumat verir.

Belə ki, polis 20 yaşlı Dante Raytın avtomobilini yol-hərəkət qaydalarını pozma səbəbi ilə saxlayıb. Onlar həmin şəxsə bildiriblər ki, onun həbs edilməsi üçün order verilib. Amma bunun səbəbi açıqlanmır. Rayt onu saxlamaq istəyən hüquq-mühafizə işçilərinə tabe olmayıb və öz maşınına əyləşib və hərəkətə başlayıb. Polislərdən biri gənci silahla vurub. Onun maşını bir qədər irəliləyib və başqa bir avtomobilə dəyib. Rayta tibbi yardım göstərilsə də o, yerindəcə ölüb.

Avtomobildə bir nəfər qadın da olub. O, qəza nəticəsində travma alaraq xəstəxanaya yerləşdirilib. Qadının həyati təhlükəsinin olmadığı bildirilir.

Bu hadisə ilə bağlı təxminən 500 nəfər şəhər polis idarəsinin qarşısına toplaşıb. Polis dağılışma tələbinə qarşı çıxan həmin şəxslərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Daha 200 nəfər isə Raytın öldüyü yerə toplaşıb. Ştatın qubernatoru və şəhər meri hadisəni diqqət mərkəzində saxladığını bildirib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi böyük etirazlara səbəb olmuşdu.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.