XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



12 Apr
2021
17:58
853
12
Apr
17:58



Bakıda reyd keçirildi, yol polisini aldatmaq istəyən sürücülər aşkarlandı

Daxili İşlər Nazirliyinin göstərişi ilə Bakı Şəhər Baş Polis İdarəsinin tərtib etdiyi plan əsasında paytaxtda yol hərərkəti təhlükəsizliyinə dair tədbirlər planının icrası davam etdirilir.

Martın 12-də paytax ərazisində dayanma-durma, parklanma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib.

Paytaxtın bir neçə küçə və prospektində təşkil olunan reyd zamanı onlarla sürücü inzibati məsuliyyətə cəlb olunub. Əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb. Sürücülər yer tapmaqda çətinlik çəkdiklərini, xüsusən taksi duracaqlarının olmamasını önə çəksələr də, diqqətə çatdırılıb ki, yol-hərəkəti təhlükəsizliyində hər bir vətəndaşın yol-hərəkəti qaydalarına əməl etməsi vacibdir.

Dayanma-durma, parklanma qaydalarının pozulması digər hərəkət iştirakçılarının ləmgiməsinə, yollarda səbəbsiz yerə vaxt itirmsinə gətirib çıxarır. Bu baxımdan yol polisi sürücülərlə maarifləndirici söhbətləri daha üstün tutur, gələcəkdə qayda pozuntularına yol verməmələri üçün onlara tövsiyyələr verib.

Qeyd edək ki, bu cür tədbirlər paytaxtın bütün rayonlarında davam etdirilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən yol patrul xidməti alayı nəzarətində olan bütün ərazilərdə dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizəni davam etdirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov “Report”a bildirib ki, bu cür tədbirlər yollardan hərəkətin intensivliyini artıracaq və tıxac və sıxlığın qarşısını almaq üçün faydalı olacaq.

Keçirilən tədbirlər zamanı yol polisini aldatmağa çalışan sürücülərə də rast gəlinib.

Belə ki, avtomobilin dövlət nömrə nişanını açaraq maşının yük yerində gizlədən, baqaj qapısını açıq qoyub nömrınin görünməsini məhdudlaşdıran, səkidə maşın saxlayıb özünü əlil kimi təqdim edən və digər bu kimi bəhanələr göstərən sürücülərə rast gəlinib.

Hətta “20 Yanvar” dairəsinin tən ortasında avtomobili söndürüb yük yerinin qapısını açıq qoymaqla məsuliyyətdən yayınmağa çalışan sürücünün əməli də yol polisi tərəfindən ifşa olunub. O, avtomobilin söndüyünü, yanacağın bitdiyini desə də, polis əməkdaşları avtomobilin yük yerində ehtiyat yanacaq aşkar ediliblər. Yol polisi əməkdaşının bir cəhdi ilə avtomobilin işlək vəziyyətdə olduğu məlum olub.

Yol polisi bu cür bəhanələrlə məsuliyyətdən yayınmağa çalışan sürücülərin hamısı barəsində inzibati protokol tərtib edilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Azərbaycanda az bal toplayan abituriyent intihar etdi








Bakıda zəncirvari qəza: Beş avtomobil toqquşdu - VİDEO








Ucarda yol qəzası olub, xəsarət alan var








Paytaxtda avtomobil ahıl qadını vuraraq xəsarət yetirib


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.