XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



12 Apr
2021
19:07
544
12
Apr
19:07



Azərbaycan lideri: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir

"Bu təntənəli mərasim bu gün keçirilir. Bunun səbəbləri, yəqin ki, sizə bəllidir. İlk növbədə, bu yeni hərbi mükafatlar hazırlanmalı idi, onlar yox idi. Onların dizaynı hazırlanmalı idi, onların hazırlanması təşkil edilməli idi. Bu, vaxt apardı".

Bu fikirləri Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı deyib.

"Eyni zamanda, pandemiyaya görə qapalı yerlərdə belə mərasimlərin keçirilməsi mümkün deyil və hava şəraiti də uyğun olmalı idi. Bir də ki, Hərbi Qənimətlər Parkı hazır olmalı idi. Mən istəyirdim ki, biz Parkın açılışı günündə görüşək və bu yüksək mükafatlar sizə təqdim edilsin və Parkın ilk ziyarətçiləri siz olasınız. Buna görə bir qədər vaxt apardı. Ancaq bu gün bu mərasim keçirilir. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün tük dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!", - dövlət başçısı bildirib.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Göyçayda 18 yaşlı qızın öldürüldüyü məlum oldu- TƏFƏRRÜAT








Binəqədidə 18 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb








Oğuzda 15 yaşlı məktəbli özünü asıb








Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.