Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
12:15
2568

07
Sen
12:15



Əziz Əzizov vətəndaşlarla bir araya gəldi

Sentyabrın 5-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayonun 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Həsən Bəy Zərdabi prospekti 61-ci məhəllənin sakinləri ilə keçirib.

Xeberoxu.Az xəbər verir ki, səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İcra başçısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fondun təşəbbüsü ilə inşa edilən 11 saylı körpələr evi-uşaq bağçasının bu il tikilib başa çatdırıldığını, sovetski deyilən ərazinin sökülərək yerində şəhərimizin ən böyük parkının birinci mərhələsinin sakinlərin ixtiyarına verildiyini bildirib. O, rayonun bütün ərazisini əhatə edəcək irimiqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhəllənin salınacağını qeyd edib. İcra başçısı həmçinin, H.B.Zərdabi prospekti də daxil olmaqla, rayonun bütün ərazisində təmizlik və yaşıllaşdırma işlərinin aparıldığını bildirib. Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər ediblər.

Sakinləri maraqlandıran məsələlər əsasən qurumuş ağacların kəsilməsi, istilik, ərazinin abadlaşdırılması və su ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. 


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.