# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:01
397

25
Mart
19:01



“İpək Yolu Sığorta” şirkəti ölkə başçısının təşəbbüsünə dəstək oldu

Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan və əsasən aviasiya sığortasında ixtisaslaşmış “İpək Yolu Sığorta” koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

Xeberoxu.Az-ın məlumatına görə, belə ki, bu məqsədlə "İpək Yolu Sığorta" şirkəti tərəfindən Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılmışdır.

Qeyd edək ki, "İpək Yolu Sığorta" fəaliyyətə başladığı ilk gündən respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkət müştərilərə 30-a yaxın sığorta növü üzrə xidmətlər, o cümlədən bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və digər növlər üzrə peşəkar sığorta xidmətləri təklif edir.

"İpək Yolu Sığorta" koronavirus infeksiyası (“COVID-19”) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.