11 Fev 2019
08:46
![]() |
![]() “Əsgər ölümünü gizlətmədik, sadəcə xəbər vermədik” - Ermənistandan maraqlı şərh Erməni əsgərin odlu silahla açılan atəş nəticəsində öldürülməsi xəbərinin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi özünəməxsus reaksiya verib. XeberOxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Facebook hesabında hərbçinin ölümünün gizlədilməsi ilə bağlı ittihamları cavablandırıb: “Yeni ilə axşamı müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın ölümü ilə bağlı informasiya verilməyib, lakin gizlədilməyib də. İnsident gizlədilməyib, sadəcə biz birinci xəbər vermədik. Bunlar isə fərqli şeylərdir”. Qeyd edək ki, daha əvvəl yerli saytlar əsgərin öldüyünü yazsalar da, Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi bununla bağlı məlumat dərc etməmişdi. Nazir müavini Qabriel Balayan isə öz növbəsində bildirib ki, insidentin baş vermə şəraiti hələ bəlli deyil. Əsgərin ölümü ilə bağlı informasiya isə istintaqa mane olmamaq üçün verilməyib. Bizimlə əlaqə saxlayın © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır ![]()
|
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |