Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
23:10
1221
20
Noy
23:10



“AQTA maarifləndirir”: Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir

Qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımdır.

AQTA-dan XeberOxu.Az-a verilən məlumata görə, həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktorlardandır. Şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə də leykositlər bədənə daxil olan bakteriya və virusların sadəcə 50 %-ni təsirsiz hala gətirə bilir.

Mütəxəssislər orta yaşlı şəxsin gündəlik 30 q-dək şəkər istehlakını tövsiyə edirlər. Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə artıq çəki və diabetin yaranmasına səbəb olur. Tez-tez aclıq, səbəbsiz davamlı yorğunluq, yaraların gec sağalması, diş çürüməsi, ağız boşluğunun quruması, sidik yollarının infeksiyası, ağızda və dildə ağ ərp formalaşması, quru dəri, konsentrasiyada çətinlik artıq şəkər istehlakı nəticəsində formalaşan fəsadlardandır. Həmçinin tərkibində həddindən çox şəkər olan məhsulların istehlakı gündəlik kalori qəbulunu artırır ki, bu da piylənməyə gətirib çıxarır. Piylənmə isə ürək, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərin risk faktorlarından sayılır.

Şəkər istehlakını məhdudlaşdırmaq üçün qablaşdırılan məhsulların tərkibini diqqətlə oxumaq lazımdır. Məhsullarda fruktoza, laktoza, saxaroza, maltoza, qlükoza və dekstroza kimi elementlərin miqdarı nəzərə alınmalıdır. Şəkər, şokolad, şərbət və şirniyyatların əvəzinə meyvələrə, yəni təbii şəkər qaynağına üstünlük verilməlidir.

İnsan orqanizminə lazım olan enerji gündəlik qəbul edilən qida məhsulları ilə ödənilir. Təbii ki, sağlam və keyfiyyətli qida orqanizmimiz üçün enerji mənbəyi ola bilər. Meyvə və tərəvəzlərə üstünlük verməklə immun sistemimizi gücləndirə, orqanizmimizin infeksiya törədicilərinə qarşı dözümlülüyünü, müdafiəsini artıra bilərik.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.