Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
00:30
2406

07
Sen
00:30



“Acer” 14 düymlük ən yüngül noutbuku təqdim edir-VİDEO

“Acer” ən son “Intel® Core ™” prosessorları ilə təchiz olunmuş “Swift” noutbuklarının və “Aspire” stolüstü kompüterlərinin yenilənmiş modellərini təqdim edib (#NextAtAcer).

XeberOxu.Az-ın məlumatına görə, sürətli iş üçün nəzərdə tutulmuş “Acer Swift 5” və “Swift 3” noutbukları incə korpusları, zövqlü dizaynları, üstün performansları və daha uzunömürlü batareyaları ilə öncəki modellərdən bir pillə irəlidədir.

Sonuncu nəsil 14 düymlük “Acer Swift 5” öz sinfində ən az çəkiyə malik noutbukdur. Yenilənmiş modelin çəkisi cəmi 990 qramdır.

Zövqlü “Acer Swift 3” modeli uzun müddətli enerji saxlama funksiyası ilə diqqət mərkəzindədir. Yenilənmiş model 12.5 saat avtonom rejimdə çalışmaqla yanaşı, həm də qısa müddət ərzində yenidən enerji yığmaq kimi xüsusiyyətə malikdir. Belə ki, 30 dəqiqə ərzində toplanmış enerji sayəsində noutbuk avtonom rejimdə əlavə olaraq 4 saat da çalışa bilir.

Ən son “Intel® Core ™” prosessoru ilə təmin olunmuş “Acer Aspire C” kompüter modelində korpusun ekrana nisbəti 92%-ə qədərdir. Bundan başqa, bu model təhlükəsizlik və sağlamlıq baxımından öncəki modellərdən fərqlənir. Belə ki, istifadə olunmadığı halda kompüter kameralarının bağlamasına, HDMİ porta isə ikinci ekranı seçmək imkanı verir. Bundan başqa “Acer Vision Care” vasitəsilə istənilən yaş kateqoriyasına məxsus istifadəçilərin gözləri qorunur – “Acer Bluelight Shield” mavi rəngin təsirini azaldır, “Flickerless” texnologiyası isə ekran əsməsini azaldır.

“Acer” həmçinin “NVIDIA Quadro” qrafik prosessorlu “ConceptD Pro” noutbuk xəttini təqdim edib. Xəttin aparıcı modeli “ConceptD 9 Pro” yalnız peşəkar yaradıcılar üçün deyil, həm də süni intellekt və proqram təminatçıları da nəzərə alınaraq hazırlanıb. Bu noutbuklar daha az vaxt itirməyə və daha çox iş görməyə imkan verən güclü 9-cu Gen Intel® Core ™ prosessorları ilə təmin olunub. Xəttə həmçinin “ConceptD 7 Pro”, “ConceptD 5” və “ConceptD 3 Pro” modelləri də daxildir.

“Acer” oyunçuları da unutmayıb. Şirkətin təqdim etdiyi yeniliklər arasında kiber-idman platforması “Planet9” da yer alıb. “Planet9” oyunçulara öz komandalarını yaratmaq, məşq etmək və mübarizə aparmaq imkanı yaradır. Platforma həvəskar və professional oyunçuları bir araya gətirərək onlara öz zəif və güclü tərəflərini aşkarlamağa, həmfikirləri ilə ünsiyyət qurmağa və onlayn turnirlərdə iştirak etməyə şərait yaradır. Hazırda bu platforma bağlıdır. Platformanın 30 yanvar 2020-ci ildə aktivləşdiriməsi planlaşdırılır.

1976-cı ildə qurulan “Acer” hazırda 160-dan çox ölkədə təmsil olunan informasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. “Acer”in fəaliyyəti texnologiya, proqram təminatı və xidmətlərin bir-biri ilə birləşəcəyi, istehlakçılar və biznes üçün yeni imkanlar açacaq mühitin formalaşdırılmasına hədəflənib. Xidmət yönümlü texnologiyalardan və əşyaların internetindən başlamış, oyunlara və virtual reallığa qədər 7000 işçisi olan “Acer” insanlar və texnologiya arasındakı maneələri aşan məhsul və həllərin araşdırılması, dizaynı, marketinqi, satışı və dəstəyi ilə məşğul olur. Daha çox məlumat üçün www.acer.com saytına daxil olun.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Elektronika xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az