11 Fev
2020
05:00
2094

11
Fev
05:00



“Ad gününə 30 manatlıq ətir aparıb”

Müğənni Xatun Əliyeva “Hər şey daxil” verilişində qonaq olarkən qalmaqallı açıqlama verib.

Xeberoxu.az xəbər verir ki, sənətçi canlı yayımda ad çəkmədən tanınmış müğənnilərdən birinin 30 manatlıq doldurulma ətiri məclislərdən birinə hədiyyə apardığını bildirib:

“Eşitmişəm ki, bu yaxınlarda tanıdığımız müğənnilərdən birinə 30 manat dəyəri olan doldurulma ətir veriblər. O da həmin parfümü başqa bir müğənninin ad günü məclisinə hədiyyə aparıb. Həqiqətən də çox gülüncdür. Onlar özlərinə hörmət etmirlər”.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) isə ad günlərinə ucuz hədiyyələrlə gələn məşhurlara belə münasibət bildirib:

“Restoranda menyu 50 manatdır. Sən bura gəlmisənsə, anlamalısan ki, ən azından masanın yerpulunu ödəməlisən. Bir də görürsən ki, həmin tanınmış tək deyil, yanında prodüserini də gətirir. Onda hesab artıq yüz manat edir. Artıq sən bir yeri məşğul etmisən də... Elə də olur ki, bəziləri ad gününə özü ilə bir neçə adam gətirir, hədiyyəsi də 40 manat qiymətində ətir olur”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.