Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
11:16
1209

02
Iyul
11:16



“Adaptasiya ilə bağlı problem olmadı” - Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin klub televiziyasına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışını dəyərləndirib:

"Təlim-məşq toplanışımız çox pozitiv alındı. Çox yaxşı işləyə bildik. Yalnız gənc futbolçularımızdan Əsgər Hüseynovun zədələnməsinə təəssüflənirəm. Əlbəttə, sınaq matçlarından birinin baş tutmaması kifayət qədər neqativ haldı. Çünki məhz oyun praktikasına həmişə ehtiyac olur. Təlim-məşq toplanışları həm də buna görə həyata keçirilir. Yoxlama görüşləri futbolçular arasında qarşılıqlı anlaşmanı tapmağa, həmçinin yenilərin necə oynadığını anlamağa kömək edir. Təbii ki, bu amil bizim üçün çox vacibdi, amma bu boşluğu sonrakı məşqlərdə doldurmağa çalışdıq”.
 
Baş məşqçi yeni transferlərlə də bağlı danışıb: “Yeni transferlərdə adaptasiya ilə bağlı problem olmadı. Onlar artıq yaxşı inkişaf etmiş bir kollektivə gəliblər. Dario isə ümumiyyətlə evə qayıdıb. Bu komandadan çox razıyam. Ona görə ki, prozitiv vəziyyət yaranır və biz oyuna çıxanda həmin vəziyyəti görürük”.
 
O, “ötən ilin bu vaxtkı “Neftçi”si ilə indiki arasında hansı fərqlər var?” sualını belə cavablandırıb: "Bunu ilin sonunda və ya çempionatın gedişində demək olar. Çünki oyunçulardan gedənlər və gələnlər var. Buna görə də bu söhbətə bir müddət sonra qayıtmaq olar”.
 
Roberto Bordin gənc futbolçularla bağlı bunları deyib: "Ömər ötən futbol ilində Antonla birlikdə yaxşı mövsüm keçirdi. Təbii ki, başqa gənc futbolçularımız da var idi. Bu toplanışa özümüzlə çoxlu gənc gətirmişik. Bu, məşqlərin keyfiyyətini artırmaqda bizə çox kömək etdi. Onlarla həmişə səbrli davranmaq, onlara səhv etməyə imkan vermək, yardım göstərmək lazımdı. Əlbəttə, gənclərin özlərini əsas komandada göstərmək üçün yaxşı imkanları var. Ad çəkmək istəmirəm, hamısından razıyam. Özlərini çox düzgün apardılar, bizə kömək etdilər. Bakıya qayıdandan sonra vəziyyətə baxacağıq. Bir daha təkrar edirəm, münasibətlərinə görə uşaqların hamısından razıyam”.
 
İtaliyalı çalışdırıcı bildirib ki, Avropa Liqasınin birinci təsnifat mərhələsindəki rəqib - Moldovanın "Speranta” klubunu qiymətləndirməmək olmaz: 
 
“Komandalar həmişə dəyişir. Biz dəyişdiyimiz kimi, “Speranta” da dəyişir. Təbii ki, mən “Şərif”dən gedəndən sonra rəqib komanda da dəyişib. İnternet və başqa mənbələr vasitəsilə hər bir rəqib haqda çox şey öyrənmək mümkündü. Bu bizə də aiddi, rəqibə də. Əlbəttə, “Speranta” ilə bağlı məlumat toplayırıq. Rəqibin “Şerif”lə oyununu izləmişik. Bu komandanı qiymətləndirməmək olmaz. Yaxşı, texnikalı futbolçuları var. Moldova çempionatının davam etməsi onlar üçün yaxşı üstünlükdü. Buna görə də onların atletik tonusu bizimki ilə müqayisədə çox yaxşıdı. Bunları nəzərə alıb, çox diqqətli olmalıyıq. “Speranta” ilə çox vacib oyunlara hazırlaşmaq üçün 10 günümüz var”.
 
“İlk oyunda Dabo və Mustivarın olmama ehtimalı oyun planına təsir edəcəkmi?” sualına baş məşqçinin cavabı belə olub: “Dabo və Mustivar çox vacib oyunçulardı. Onlar bunu ötən mövsüm göstəriblər. Amma özlərini daha da yaxşı göstərə bilərlər. Əlbəttə, onların olmamağı pis təsir edir. Digər tərəfdən başqa, çox yaxşı və indiki halda hazır olan oyunçularımız var. Belə məqamda məhz bu futbolçular bizə hədəfə çatmaq üçün hazırlaşmağa güc verir. Ümid edirik ki, Dabo və Mustivar tezliklə qayıdacaqlar, daha zədəli oyunçularımız olmayacaq və hamı bir araya gələcək”.
 
Bordin sonda azarkeşlərə səslənib: “Azarkeşlərlə münasibətim əvvəldən çox yaxşı olub. Onlar çılğın, komandaya və futbolçulara çox bağlıdılar. Təbii ki, bizim kimi fanatlar da özümüzü yaxşı tərəfdən göstərib, bütün oyunlarda qalib gəlməyimizi istəyirlər. “Neftçi” uzun müddətdən sonra ötən mövsüm yaxşı yer tutdu. Az qala arzumuza da çatacaqdıq. Azarkeşlər həmişə bizə güc verirdilər. Onların mövsümün sonlarındakı məyusluğu anlaşılandı. Çünki çempionluğu əldən vermişdik. Amma onları əmin edirəm ki, bütün oyunlarda qələbə qazanmağa çalışırdıq. Əminəm ki, bu mövsümə güclü start verəcəyik. Azarkeşlərimizin dəstəyi ötən mövsüm bizim üçün çox vacib idi. Ümid edirəm ki, bu mövsümün əvvəlindən sonunadək onlardan eyni dəstəyi görəcəyik. Fanatlarla tezliklə görüşüb, bu uzun yola birlikdə qədəm qoyacağımıza ümid edirəm”.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az