Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



01 Avq
2020
08:00
3843
01
Avq
08:00



Xəbəri səsli dinlə
“Apple” təsdiqlədi: “iPhone 12”nin təqdimatı gecikəcək

“Apple” yeni “iPhone” modellərini hər il sentyabr ayında təqdim etsə də, mövcud koronavirus pandemiyası səbəbindən “iPhone 12” modelinin təqdimatı ilə bağlı gecikmənin baş verəcəyi iddia edilirdi.

“Haber Global”ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən “Apple”ın maliyyə işləri üzrə direktoru Luka Maestri təqdimat mərasiminin sentyabrda olmayacağını bildirib.

2020-ci ilin üçüncü rübünün maliyyə hesabatlarından sonra danışan Maestri qısaca olaraq təqdimatın sentyabr baş tutmayacağını deyib.

Vəziyyətlə bağlı bütün modellərinmi, yoxsa sadəcə yeni modellərinmi təxirə salınacağı ilə bağlı isə şirkətdən bir açıqlama gəlməyib.

Digər tərəfdən bu, “Apple”da ilk belə gecikma halı deyil. “iPhone X” modeli 2017-ci ilin sentyabr ayında “iPhone 8” ilə birlikdə elan olunsa da, bəzi istehsal xətaları səbəbindən satışa noyabr ayından sonra çıxmışdı. “iPhone XR” modeli isə 2018-ci ilin sentyabrında təqdim olunmuş, amma LCD ekrandakı problemlərlə əlaqədar kütləvi istehsalı gecikmişdi.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Elektronika xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.