# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
09:50
800

22
May
09:50



“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağınının metal resurslarının 47% həcmdə artımına nail olub.

QSC-dən XeberOxu.Az-a verilən məlumata görə, öncə aparılmış kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılmış, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılmışdır. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənmişdir. Beləliklə, hazırda Çovdar yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır.

Qeyd edək ki, Çovdar yatağının birinci - yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.