Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
20:44
195

02
Dek
20:44



“Azərbaycan Könüllülük Həftəsi”nə “Şəhidimiz” kampaniyası ilə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidimiz” kampaniyası ilə start verilib.

Xeberoxu.Az-ın məlumatına görə, “Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilərək, onlarla həmrəylik nümayiş olunub.

Bu çərçivədə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclər rayon və şəhər Şəhidlər Xiyabanlarını ziyarət edib, daha sonra şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, 2 gün ərzində kampaniyaya 2 mindən artıq gənc qoşulmuşdur.

Xatırladırıq ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılmışdır. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

“Azərbaycan Könüllülük Həftəsi” 9 dekabr tarixinə qədər bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcəkdir. Növbəti günlərdə “VətənimİZ” devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.

5 dekabr tarixində isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az