Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
14:17
1872
20
Noy
14:17



“Azərenerji” işğaldan azad edilən rayonlarda işləmək üçün kadr yığır

Silahlı Qüvvələrin Ali Baş Komandanı rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün “Azərenerji” ASC aşağıdakı vəzifələr üzrə kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edir.

Qurumdan XeberOxu.Az-a verilən məlumata görə, adıçəkilən ərazilərdə işləmək üçün aşağıdakı vəzifələr üzrə kadrlar tələb olunur:

330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorları

Su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklər

Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis

Elektrik maşın, aparat və cihazların sazlayıcısı

Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis

Rele mühafiəsi və avtomatika üzrə mühəndis

Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis

İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis

Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı

Tələblər:

· Elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisası (vəzifədən asılı olaraq)

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.