CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
21:32
2172

04
Iyun
21:32



“Azərsu” ASC-nin təşkilatçılığı ilə rəsm sərgisi keçirilib

5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbirlər davam edir. “+82 Qərb” su anbarının ərazisində salınmış “Yasamal parkı”nda “Azərsu” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. 

Xeberoxu.az” xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sərgini ziyarət edib.

Sərgidə tanınmış rəssamların, ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin su mövzusunda əsərləri nümayiş olunur. Artıq 3-cü dəfədir su mövzusunda təşkil olunan sərgiyə maraq böyükdür. Sərgi iştirakçıları hesab edir ki, bu cür tədbirlər mədəniyyət və incəsənətin inkişafına xidmət etməklə yanaşı, insanların sudan səmərəli istifadə ilə bağlı baxışlarının formalaşmasına xidmət edir.

“Azərsu” ASC-nin sədri Q.Hüseynov gənc rəssamlarla görüşüb onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sərginin yekununda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. İlk 3 yeri tutan rəssamlara mükafat, digər iştirakçılar təşəkkürnamə ilə təltif olunublar.

Bayram ərəfəsində “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” kitabının təqdimatı da keçirilib.

Tədbirdə çıxış edənlər Ə.Quliyevin elmi fəaliyyətindən bəhs edib, apardığı tədqiqatların coğrafiya elminə və aqrar sektora verdiyi töhfələrdən danışıblar. 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu rayonların qaz təchizatında fasilə yaranacaq







Maqnit qasırğası xəbərdarlığı







Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb







Bakı polisi təlimlərə cəlb olunur


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az