Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
00:12
1071



“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarıldı - QİYMƏTLƏR?

İyunun 10-u “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb.

Gənclər və İdman Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, biletlərin satışı Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket arasında imzalanan razılıq müqaviləsi çərçivəsində gerçəkləşir.

Satışa çıxarılan 146 000 bilet, “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi veb saytından https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytından https://www.iticket.az əldə oluna bilər.

Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında dəyişir. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək.

Bütün idman yarışlarına biletlərin pulsuz olmasına baxmayaraq, idman arenalarına giriş yalnız əvvəlcədən əldə olunmuş biletlər vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov vurğulayıb ki, açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyatmaq və onların bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün edilib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az