Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Noy
2019
07:15
273

06
Noy
07:15



“Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi

Noyabrın 15, 16 və 17-də Bakıda ölkənin ən hərtərəfli dəb layihəsi olan “Baku Fashion Expo”nun ikinci mövsümü baş tutacaq.

XeberOxu.Az-ın məlumatına görə, layihə onunla fərqlənir ki, yaradıcılıq və dəb sahəsi üçün maksimim sərbəst platforma kimi xidmət edir və özünüifadənin bütün formaları - sərgilər, installyasiyalar, ustad dərsləri, dəb nümayişləri və dizaynerlərin şourumu – ilə zəngindir. Bütün ziyarətçilər bu mövsüm nəinki Azərbaycanın ən parlaq dizaynerlərinin dəbli eskponatlarını görə biləcəklər, həm də özləri üçün dəb dünyasının kulisarxasını kəşf edəcəklər.

“Baku Fashion Expo”nun keçirələcəyi “Baku Business” zalında istedadlı azərbaycanlı fotoqraf Pənah Mehdinin işlərindən ibarət müvəqqəti ekspozisiya yerləşdiriləcək. P.Mehdi öz işlərində dəb əşyalarının yaradılmasının yaradıcılıq prosesini əks etdirib. Eksperimentdə iştirak edən dizaynerlər arasında həm bazarda çoxdan möhkəmlənmiş tanınmış adlar, həm də özlərinin “Azərbaycanın dəb yaradıcıları” yaradıcılıq yoluna yenicə başlayan gənc dizaynerlər var. Layihədə “Fakhriya Khalafova”, “Sabina Zulalova”, “Gunel Behbudova”, “Zumrud Mirzaliyeva”, “Natavan Aliyeva”, “Gunay Bornak”, “Limpero”, MMMDN və “Sida” markalarını təmsil edən dizaynerlər iştirak ediblər. Fotosərgidən başqa, layihə çərçivəsində dizayner şourum da təqdim ediləcək. Hər bir ziyarətçi şourumda birbaşa podiumdan geyim əldə edə biləcək. Qonaqlar, həmçinin sahənin qabaqcıl peşəkarlarının pulsuz ustad dərslərində iştirak edə və hətta dəb haqqında tanınmış filmlərə baxa biləcəklər.

“Non Stop Creative Agency”, “Baku Business Center”, yeni “Yoga” modeli ilə “Lenovo”,YAR, “Dastan”, “Phobia VR” və “Class A fashion school”un dəstəyi ilə keçiriləcək tədbirin təşkilatçısı qismində Azərbaycan Dəb Dizaynerləri Assoasiyası çıxış edir. Xatıradaq ki, “Baku Fashion Expo” Azərbaycan Dəb Dizaynerləri Assoasiyasının illik layihəsidir və ildə iki dəfə keçirilir, bu da dizaynerlərə həm Azərbaycanda, həm də uzaq xaricdə özlərini maksimum şəkildə göstərməyə imkan verir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az