# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
17:50
721

25
Mart
17:50



“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı birgə “Bizi birləşdirən mədəniyyət” layihəsinə start verir.

Xeberoxu.Az xəbər verir ki, layihə çərçivəsində televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, həmçinin konsert proqramları və mono-tamaşa nümayişi nəzərdə tutulur. Televiziya ilə musiqi dərsləri həftə içi 5 gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

Həftə içi 6 gün “Mədəniyyət” kanalının efirində Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları uşaqlar üçün nağıl tamaşaları (hər gün 15 dəqiqə) təqdim edəcəklər. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində kiçik musiqi qruplarının (vokal, fortepiano, skripka və s.) çıxışları lentə alınaraq televiziya ilə nümayiş olunacaq.

Layihə çərçivəsində həmçinin Beynəlxalq Muğam Mərkəzində həftə içi 5 gün olmaqla üç musiqiçinin iştirakı ilə xalq mahnıları, instrumental milli rəqs havalarının ifaları televiziya tərəfindən çəkilərək sənətsevərlərə təqdim ediləcək. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzində həftə içi 2 gün bir aktyorun iştirakı ilə müxtəlif tamaşalardan parçalar lentə alınaraq televiziya ilə göstəriləcək.

Layihə üzrə nümayiş olunacaq proqramların konkret efir vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının əməkdaşlığı əsasında həmçinin mədəniyyətimizin digər istiqamətləri – kino sənətimiz, təsviri sənət, muzeylər, kitabxanalar, tarixi abidələrimiz, xalq yaradıcılığı, yaradıcı 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.