Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
04:30
2307

05
Iyun
04:30




“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən start götürən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb.

Mədəniyyət Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bağlanış mərasimi, qaliblərin mükafatlandırılması və laureatların qala-konserti keçirildi.

Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdırdı, təşkilat komitəsinə, pedaqoq və iştirakçılara təşəkkürünü bildirdi, gənc ifaçılara yeni uğurlar arzuladı.

Münsiflər heyətinin sədri, Xalq artisti Murad Hüseynov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə çoxsaylı beynəlxalq festival və müsabiqələr sırasına daha bir uğurlu layihənin qoşulması əlamətdar hadisədir. Həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimiz bu müsabiqələrdə bacarıqlarını nümayiş etdirir və özlərini təsdiq etmək imkanı qazanırlar.

Daha sonra hər yaş kateqoriyası üzrə I, II, III yerlər, eləcə də laureat və xüsusi diplom olmaqla qaliblərə mükafatlar təqdim edildi.

Müsabiqənin laureatlarının qala-konsertindən əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev təşkilat komitəsinin üzvləri və münsiflər heyəti ilə görüşdü. Görüşdə nazirin birinci müavini Vaqif Əliyev də iştirak edirdi.

Nazir ölkəmizdə qonaq olan münsifləri salamlayaraq Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq festival və müsabiqələr haqqında məlumat verdi. Pianoçuların I Beynəlxalq müsabiqəsini gözəl təşəbbüs kimi dəyərləndirən Əbülfəs Qarayev belə layihələrin davamlı olmasını və daha geniş miqyasda reallaşmasının əhəmiyyətli olacağını bildirdi.

Müsabiqənin gedişatı ilə bağlı münsiflərin fikirlərini dinləyən nazir layihənin gələcək perspektivləri ilə bağlı düşüncələrini və tövsiyələrini dilə gətirdi. Beynəlxalq müsabiqəyə daha çox ölkədən iştirakçıların qoşulması, həmçinin gələcəkdə layihənin daha da təkmilləşdirilməsi, gənc nəslin öz bacarıqlarını sınaması üçün imkan yaradılmasını, musiqi məktəblərinin layihəyə qoşularaq yaxından iştirakının faydalı olacağı vurğulandı.

Münsiflər heyətinin üzvü, tanınmış pianoçu və musiqi tənqidçisi Marko Frey (Almaniya) müsabiqənin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi və Azərbaycanda musiqi sahəsində mötəbər yarışmaların keçirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırdı.

Görüşdən sonra müsabiqə qaliblərinin iştirakı ilə qala-konsert təqdim edildi.

Qeyd edək ki, 16 yaşına qədər iştirakçılar arasında dörd yaş kateqoriyasında (9-10; 11-12; 13-14; 14-16 yaş) keçirilən müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələri və musiqi kolleclərinin tələbələri iştirak edib. Musiqi yarışmasında ölkəmizlə yanaşı İsrail, Çin, Rusiya, Avstriya və Ukraynadan ümumilikdə 90 iştirakçı istedadını nümayiş etdirib.

Müsabiqədə gənc istedadların ifasını Xalq artisti, pianoçu Murad Hüseynovun sədrliyi ilə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov, tanınmış pianoçu Marko Freydən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az