Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Avq
2019
22:52
294

31
Avq
22:52



“Coker” filmi Venesiya kinofestivalında ajiotaja səbəb olub

Hoakin Feniksin rol aldığı “Coker” filmi Venesiya kinofestivalında ajiotaja və uzun növbələrə səbəb olub.

Xeberoxu.az xəbər verir ki,  AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rejissor Todd Fillipsin ekran əsəri 76-cı Venesiya kinofestivalının əsas müsabiqəsində təqdim edilib.

Avqustun 31-də səhər saatlarında Lido adasında jurnalistlər və kino sənayesi əməkdaşları üçün filmin nümayişi keçirilib. Böyük ajiotaj səbəbindən tamaşaçılar filmin başlamasına uzun müddət qalmış saatlarla növbə tutmaq məcburiyyətində qalıb. Auditoriya iki saatlıq filmin finalını alqışlarla qarşılayıb.

“Coker” filmi Betmenin düşməni, ruhi problemlərdən, ailəsindəki qarışıqlıqdan əziyyət çəkən və cəmiyyətin üz döndərdiyi Artur Flekdən bəhs edir. Filmdə, həmçinin Robert De Niro, Zazi Bits, Frensis Konroy və digər aktyorlar da rol alıb.

Ekran əsərinin rəsmi premyerası bu gün axşam Venesiya kinofestivalının əsas meydanı olan Kino Sarayının Böyük Zalında olacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az