RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 Apr
2019
15:43
531



“E-sosial” internet portalına bu günədək 100 mindən çox baxış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabr ayından istifadəyə verdiyi www.e-sosial.az internet portalına bu günədək 100 mindən çox baxış olub. Portalın aktiv istifadəçilərinin sayı 20 mini ötüb.

Xeberoxu.az bildirir ki,bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Trend-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən hazırlanan portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı verib. Vətəndaşlar bu portal vasitəsilə öz sosial-əmək hüquqlarının təminatı prosesinə mütəmadi nəzarət edə bilirlər. Portalda vətəndaşlara aid mövcud məlumatlar, həmçinin onların faydalana biləcəyi xidmətlərə, sosial təminat hüquqlarına da dəlalət edir. Məsələn, şəxsin portalda əmək müqaviləsi varsa, bu, onun əmək hüquqlarının olduğunu, fərdi hesabı varsa, orada pensiya kapitalı toplanırsa, bu, onun gələcək pensiya təminatı hüququnu, əlilliyi varsa, bu, onun əlilliyə görə sosial müavinət və ya pensiya hüququnun olmasını və s. göstərir.

İstifadəçi özü barədə portalda toplanmış məlumatları daim izləyə, yoxlaya bilir, öz məlumatları və yaranan hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirmək funksiyasına malik olur.

S.Babayev deyib ki, portalın “android” əməliyyat sistemi üzərindən mobil tətbiqi da istifadəyə verilib. Yaxın günlərdə isə “İOS” əməliyyat sistemi üzərindən də mobil tətbiq təqdim olunacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az