Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
19:58
774

02
Sen
19:58



“Expressbank”ın İdarə Heyətində dəyişiklik

“Expressbank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

“Expressbank”dan XeberOxu.Az-a verilən məlumata görə, bankın İdarə Heyətinin sədri İlham Həbibullayev öz istəyi ilə vəzifəsindən ayrılmışdır. “Expressbank”ın Müşahidə Şurasının qərarına əsasən Bankın İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyəti sədrinin müavini Mehman Məmmədova həvalə olunub.

Mehman Məmmədov Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 24 illik bank təcrübəsi olan Mehman Məmmədov 2012-ci ildən “Expressbank”da Kredit departamentinin direktoru vəzifəsində işləyib. 2017-ci ildən İdarə Heyətinin üzvü, 2018-ci ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fitch Rating beynəlxalq reytinq agentliyi “Expressbank”ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Pərakəndə və biznes bankçılıq sahəsində geniş məhsul çeşidi və xidmətlər göstərən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az