Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
02:30
444

20
Iyun
02:30




“Fitch Rating” agentliyi “Expressbank”ın stabilliyini təsdiqləyib

“Fitch Ratings"-in hesabatının nəticəsi müştərilərin bizə etimadının aydın və müstəqil göstəricisidir”.

XeberOxu.az xəbər verir ki, bunu, Expressbank-ın İdarə Heyəti Sədri İlham Həbibullayev müsahibəsində deyib. O bildirib ki, Fitch Rating beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından olan Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Mövcud reytinq  Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir.

Beynəlxalq reytinq agentliyinin araşdırmasında bankın ümumi və maliyyə göstəricilərinin daha da yaxşılaşdığı öz əksini tapıb. Dərc olunan hesabatda Expressbank-ın sağlam kapital buferinə, limitli xarici valyuta riskinə və rahat likvidliyə malik olduğu vurğulanır.

Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:

•        Long-Term IDR: affirmed at \'B\', Outlook Stable

•        Short-Term IDR: affirmed at \'B\'

•        Viability Rating: affirmed at \'b\'

•        Support Rating: affirmed at \'5\'

•        Support Rating Floor: affirmed at \'No Floor\'

Son illər ərzində dəyişkən iqtisadi çağırışlara baxmayaraq, “Fitch Ratings” agentliyi tərəfindən Expressbank- ın reytinqi dəyişilməz olaraq qalıb. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.

Expressbank-ın İdarə Heyəti Sədri İlham Həbibullayevin sözlərinə görə, müştərilərin etibarlı tərəfdaşı olan Expressbank-ın maliyyə fəaliyyəti dəyişkən iqtisadi çağırışları nəzərə alaraq kifayət qədər uğurlu olub və bu, bir daha  beynəlxalq agentliyin təsdiq etdiyi reytinqdə öz əksini tapıb.

“Beynəlxalq "Fitch Ratings"  reytinq agentliyinin araşdırmalarının nəticələri gözlənilən idi. Son illərdə Expressbank-da davamlı maliyyə stabilliyini qorunması istiqamətində aparılan işlər, bu nəticələrin ortaya çıxarmasına öz tövhəsini verib. "Fitch Ratings"in hesabatının nəticəsi müştərilərin bizə etimadının aydın və müstəqil göstəricisidir. Bankın apardığı uğurlu maliyyə siyasəti müştərilərimizə bundan sonra da müxtəlif təyinatlı bank məhsullarını və xidmətlərini təklif etməyə yaxşı imkanlar yaradır.”

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az