Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
03:10
303

03
Dek
03:10



“Judo Club 2012” ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan turnir keçirib

"Judo Club 2012" ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirib.

XeberOxu.Az-ın məlumatına görə,  yarışın açılış mərasimində əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən klubun icraçı direktoru Hafis Hacıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində isə indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları parlaq qələbələri vurğulayan H.Hacıyev, həmçinin başa çatmaqda olan ilin “Judo Club 2012”nin yetirmələri üçün də uğurlu olduğunu deyib. O, klubun idmançılarının həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenalarda ümidləri doğrultduğunu qeyd edib.

Sonra klubun cüdo bölməsi üzrə məşqçisi, veteranlar arasında cüdo üzrə dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Zaur Paşayev turnir haqqında iştirakçılara məlumat verib, onun yeniyetmə idmançıların yarış təcrübələrinin artırılmasında böyük rol oynayacağını qeyd edib.

Mərasimdə çıxış edən veteranlar arasında dünya və Avropa çempionatının qalib və mükafatçısı Müşfiq Cəfərov idmançıları ədalətli mübarizəyə çağırıb. Veteran cüdoçu, həmçinin klubun uğurları barədə danışıb. O qeyd edib ki, əldə olunmuş nailiyyətlər “Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsidir.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib. İki gün davam edən birincilikdə 200-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb. Birinciliyin ilk günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü idmançılar tatami üzərinə çıxıblar. İkinci yarış günündə isə 2006-cı, 2007-ci il təvəllüdlü cüdoçular həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar.

Komanda yarışlarının final mərhələsində “Qardaşlar” komandası birinci yerə layiq görülüb. Həlledici görüşdə məğlub olan “Yenilməzlər” komandası isə gümüş medallara sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılar “Judo Club 2012”nin diplom və medalları ilə mükafatlandırılıblar. Qalib komandaya diplom və medallarla yanaşı, keçici kubok da təqdim olunub.

Tədbir iştirakçılarına, həmçinin üzərində ulu öndər Heydər Əliyevin rəsmi olan döş nişanı təqdim edilib. Qaliblərə mükafatları cüdo və sambo üzrə SSRİ İdman ustası Asif Yusifov, SSRİ Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, veteranlar arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Rəsul Səlimov, Müşfiq Cəfərov, Mübariz Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Məmməd Məmmədov və başqaları təqdim ediblər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.