Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyul
2019
17:58
1317

04
Iyul
17:58



“Kaspersky Lab”: Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

"Kaspersky Lab" şirkətinin mütəxəssisləri son zamanlar “hoax system cleaners” - kompüterin təmizlənməsi və optimallaşdırılması proqramı ilə üzləşən istifadəçilərin sayında iki dəfə artım müşahidə ediblər.

Şirkətdən XeberOxu.az-a verilən məlumata görə, bu proqram istifadəçiləri cihazlarının vəziyyətinin kritik həddə olması ilə qorxudur.

“Kaspersky Lab”in statistikasına görə, 2019-cu ilin ilk yarısında bu cür proqramları cihazlarına təxminən 1,5 milyon istifadəçi yükləməyə çalışıb. 2018-ci ilin eyni dövründə bu rəqəm əhəmiyyətli dərəcədə az - 747 min olub. Rusiyada hər 11-ci istifadəçi bu problemlə üzləşib.

“Hoax” - proqramlarının özəlliyi ondan ibarətdir ki, onların yaradıcıları göstərdikləri xidmətlərə görə (məsələn, cihazın yaddaşını silmək üçün) pul tələb etməklə yanaşı, üzə çıxmış problemi şişirdərək istifidaçilərdən onlardan qurtulmaq üçün əlavə ödəniş etmələrini tələb edirlər. “Kaspersky Lab” mütəxəssisləri qeyd edirlər ki, cinayətkarlar əməliyyat sistemini təmizləmək adı ilə xüsusi zərərli proqramlar, məsələn, sistemin funksionallığını qismən məhdudlaşdıran proqramlar da yaya bilərlər.

«Hoax system cleaners» sistemi ilə ən çox Yaponiya (12%), Almaniya (10%), Belarus (10%), İtaliya (10%) və Braziliya (9%) istifadəçiləri qarşılaşıb.

“Son iki ildə “hoax system cleaners” fenomeninin daha aktiv olduğunu müşahidə edirik. Bu da məntiqlidir, çünki cihazlarda saxlanılan məlumatlar daim artır və onların saxlanılması üçün əlavə yerlərin təmizlənməsi vasitələrinə tələbat yüksəlir. Cinayətkarlar da bundan istifadə edir. Bir tərəfdən, biz sadə bir sxeminin daha təhlükəli bir hala çevrilməsi halı ilə artıq üzləşmişik, digər tərəfdən isə, bu proqramın istehsalçılarının bəziləri aşkarladıqları problemlərin əhəmiyyətini şişirdərək, satış imkanlarını artırmağa çalışırlar. Əgər bu davranış istehsalçılar tərəfindən düzəldilirsə, onda biz onların “soft”larını təmiz proqram təminatı kateqoriyasına köçürməyə hazırıq", - bunu “Kaspersky Lab” şirkətinin antivirus mütəxəssisi Artyomiy Ovçinnikov deyib.

“Kaspersky Lab” həlləri “hoax system cleaners” sistemini aşkarlayıb məhdudlaşdırır.

Bu təhlükəyə məruz qalmamaq üçün şirkətin mütəxəssisləri istifadəçiləri kompüterin təmizlənməsi proqramlarını ancaq yoxlanılmış və ixtisaslaşdırılmış İT saytlarında axtarmağı, elecə də, özündə əməliyyat sisteminin təmizlənməsi funksiyası olan kompleks qoruma həllərindən istifadə etməyi tövsiyə edir, məsələn – “Kaspersky Security Cloud” kimi.

“Hoax system cleaners” haqqında daha ətraflı: https://www.kaspersky.ru/blog/what-is-hoax-report/22878/.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az