Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
15:33
597

20
Iyun
15:33




“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıya gətirildi

Qurğu modernləşdirildikdən sonra SOCAR-ın CDC şirkəti tərəfindən Xəzər dənizi akvatoriyasında qazma əməliyyatlarına cəlb olunacaq.

XeberOxu.az-ın  məlumatına görə, Qazaxıstan Respublikasının Ersay limanından yola düşmüş “KazMunayGaz”ın “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın Caspian Drilling Company (CDC) MMC-nin müasir dəniz təchizat və loqistika bazasına yan alıb.

Qurğunun qarşılanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik CDC-nin müasir təchizat və logistika bazasında "Sətti" özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçiriləcəkdir.

Modernləşdirmə işlərinin cari ilin sonunda yekunlaşması gözlənilir.

Modernləşdirildikdən sonra qurğu ilə 6000 metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti aratacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Qurğunun qarşılanma mərasimindən sonra SOCAR və “KazMunayQaz rəhbərliyi Heydər Əliyev adına Dərin Özüllər Zavoduna baş çəkib, SOCAR-ın “BOS Şelf” müəssisəsinin həyata keçirdiyi layihələrlə tanış olublar.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən ”Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilib.

\'\'KazMunayGaz\'\' milli şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən operatordur. Şirkət 2002-ci ildə yaradılıb. Onun tərkibində 190-dan çox təşkilat birləşmişdir. \'\'KazMunayGaz\'\'ın səhmdarları \'\'Samruk-Kazyna\'\' Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10% ).

CDC şirkəti 1996-cı ildə yaradılıb. Hazırda SOCAR-ın CDC-dəki payı 92.44%-dir. CDC Şirkətinə məxsus “Dədə Qorqud” (1996), “İstiqlal” (1998) və “Heydər Əliyev” (2017) adına yarımdalma qazma qurğuları hazırda Xəzər dənizinin Azərbaycana aid hissəsində müxtəlif beynəlxalq miqyaslı layihələrdə fəaliyyət göstərir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az