Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Avq
2020
14:17
107180
21
Avq
14:17



“Lotu Quli”nin adamlarının Bakıda şok əməlləri - İstintaq başladı

Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilən mütəşəkkil dəstənin üzvü barəsində bir neçə maddə ilə ittiham irəli sürülüb.

XeberOxu.Az demokrat.az-a istinadən verdiyi məlumata görə, Elvin Əliqismət oğlu Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.

Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib.

O, bu günlərdə Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.

Cinayət işi üzrə ibtidai istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

Bildirilir ki, Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub.

“Lotu Quli” bu ilin avqustun 19-da Türkiyənin Antaliya şəhərində qətlə yetirilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Aydın Quliyev: Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına sarsıdıcı zərbə oldu







Hikmət Hacıyev: Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir (VİDEO)







Cəbhədəki vəziyyətlə əlaqədar MM-in qapalı iclasının keçirilməsi təklif olunub







Spiker: Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.