03 Iyul
2020
11:34
21731
03
Iyul
11:34



“Məktəbdə döşəməni benzinlə silib təmizləmək istəyirdim”

“Məktəbi 1998-ci ildə bitirmişəm. Bir onu bilirəm ki, çox populyar idim, “W- Trio”da yer almışdım. Məktəbə məşhur biri kimi attestat almağa getmişdim”.

XeberOxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Tap-a- tap” layihəsinə qonaq olarkən deyib. Müğənni verilişdə məktəb illəri barədə verilən sualları cavablandırıb.

Röya daim yuxarı sinif şagirdləri ilə dostluq etdiyini, hətta bir neçə oğlanı sevdiyini bildirib: “Məktəbdə yarıya kimi rus, sonra Azərbaycan bölməsində təhsil almışam. Yaxşı oxumamışam. 10 yaşımdan etibarən davamlı olaraq məktəbə gedə bilməmişəm. Qardaşlarım dünyaya gəlib, iki bacı onlara baxmışıq.

Məktəb illərində yadımda qalan o olub ki, benzin qoxusunu çox sevirdim. Axıra qalıb döşəməni benzinlə silib təmizləmək istəyirdim. Bundan əlavə, Xəyyam Nisanovla davalar edirdik, yuxarı sinfin uşaqları ilə dostluq etməyi sevirdim. Yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim. Onların üstündə həmişə Xəyyamla mübahisə edirdik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı







Gürcüstandan gələn yük maşınlarında dərman preparatları aşkarlandı







Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alan var-FOTO







Bakıda avtomobil 13 yaşlı qızı vurdu


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.