# EVDƏQAL
# EVDƏQAL



16 May
2020
15:37
3083

16
May
15:37



“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq

Muzeylər – son dərəcə mühüm əhəmiyyət kəsb edir. Muzeylər həmişə ən əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər – bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirlər və müəmmalarının fiziki mühafizəkarlarıdır. İstənilən muzey – insanın özünü dünya miqyaslı hadisələrin bir hissəsi kimi hiss etməsi, günümüzə qədər gəlib çatan qədim əşyaları qiymətləndirməsi və onlardan ilham alması, özü ilə tək qalması, fikirlərini qaydaya salması və dərin düşüncələrə qərq olması, ətraf aləmin gözəlliklərini seyr etməsi üçün unikal məkandır.

XeberOxu.Az-ın  məlumatına görə, beynəlxalq səviyyədə, hər il mayın 18-i muzeylərin şərəfinə qeyd edilən tematik bayram təsis edilib. Bütün dünyada “Muzeylər gecəsi” kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir. Bu tarixdə muzeylər öz iş rejimini uzadır və ziyarətçilər üçün qeyri-adi tədbirlər hazırlayırlar.

COVID-19 koronavirus pandemiyası səbəbindən bu il ənənəvi “Muzeylər gecəsi” beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalıb və ilk dəfə olaraq, qeyri-adi formatda keçiriləcək.

18 may tarixində, YARAT Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə, multimedia layihəsini həyata keçirməyi planlaşdırır.

Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olunacaq. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə edə biləcəklər. Əsərlər Azərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Marka Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunacaq.

Ən yeni və müasir texnologiyalar sayəsində bu gün standart auditoriyanı daha da genişləndirmək imkanı mövcuddur. Bir sıra muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər, hazırda karantin rejimində yaşayan şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsi ilə nümayiş etdiriləcək. Tədbir zamanı tamaşaçılar mənzillərinin pəncərələri və eyvanlarından bu təqdimatı müşahidə edərək, öz dünyagörüşlərini genişləndirməklə yanaşı, bədii yaradıcılıq mövzusunda düşünmək imkanı verən muzey eksponatları ilə tanış olacaqlar. #evdəqal
PLATFORMA Art, Yasamal rayon icra hakimiyyəti, Macarıstan Səfirliyi, Latviya Səfirliyi, Bakı Höte-Mərkəzi və Azərbaycan Dövlət Xalça Muzeyi layihənin tərəfdaşları qismində çıxış edirlər.

“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.