18 Iyun
2020
12:18
16504

18
Iyun
12:18



“Nə qədər vacib adamsan ki, sözünü mənə işçin deyir?!”-VIDEO

Müğənni-bəstəkar Murad Arif sosial şəbəkədəki statusu ilə yenidən gündəmə gəlib. XeberOxu.Az xəbər verir ki, sənətçi həmkarları: Xatirə İslamın Günay İbrahimliyə “prodüserin mənə yığa bilməz” açıqlamasına şərh verib.

O, ad çəkmədən qalmaqala səbəb olan fikrə həm dəstək olub, həm də X. İslamı qınayıb: “Bir həmkarım başqasına “sənin prodüserin mənə zəng edə bilməz! Prodüserin üçün prodüserimin nömrəsi var” deyəndə onu ürəyimdə qınamışdım. Çünki heç kəs heç kəsdən üstün deyil. Hamı Allah qatında insandır. Bəzən müğənninin işçisiylə danışmaq hətta daha xoş, operativ olur. Amma məsələnin başqa tərəfi də var.

Tanışıq? Həmkarıq? Münasibətlər mehribandır? Superstar qədər məşğul deyilsən? Sən nə qədər vacib adam oldun ki, sözünü mənə işçin deyir?! Zəng et, özün sözünü de. Qarşılıqlı etika, mədəniyyət, hörmət belə şeylərdən başlayır, ay 5-10 il oxuyanlar. Bir yerə qeyd edin”.

Qeyd edək ki, Xatirə İslamın bir müddət əvvəl “ATV maqazin onlarla” proqramında Günay İbrahimli haqqında “prodüserin mənə zəng edə bilməz. Sözün varsa, özün zəng et” deməsi qalmaqala səbəb olmuşdu.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.