12 Fev
2020
02:07
1385

12
Fev
02:07



“Nüvə qışı” dənizlərin ekosisteminə dağıdıcı təsir göstərir

ABŞ ekoloqları müəyyən ediblər ki, lokal və ya qlobal nüvə müharibəsi nəticəsində "nüvə qışı"nın gəlməsi nəinki quruda yaşayan bitkilərin, həm də dənizlərdə molyuskların məhvinə gətirib çıxaracaq.

 XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ratqers Universitetinin (ABŞ, Nyu-Cersi) mətbuat xidməti məlumat yayıb. Universitetin professoru Alan Robok bildirib ki, nüvə müharibəsi nəticəsində yaranan iqlim dəyişikliyinin quruda yaşayan bitkilərə təsir edəcəyi alimlərə çoxdan məlumdur. Onlar sağ qalmış insanların dənizdən qida əldə etmək məsələsi üzərində düşünürlər.

Tarixçilərin və hərbi ekspertlərin fikrincə, nüvə dövlətləri və nüvə silahına sahib olmaq istəyən ölkələr ötən əsrin ikinci yarısından etibarən çoxsaylı silah, o cümlədən 15 minədək ballistik raket ucluğu, aviasiya bombaları və digər partlayıcı qurğular toplayıblar. Alimlər bildirirlər ki, bəşər həyatı üçün təhlükə doğuran nüvə zərbələri və ya onların yaydığı radiasiya deyil, kütləvi aclıq və "nüvə qışı"nın düşməsi ilə əlaqədar aşağı temperaturdur.

Alan Robok və onun həmkarları lokal və ya qlobal nüvə münaqişələrinin dənizlərin flora və faunasına təsiri ilə maraqlanıblar. Çünki nüvə müharibəsi zamanı atmosferə buraxılan toz və hissəciklərin mühüm bir hissəsi Dünya okeanına düşəcək. Bu proses, eləcə də suların temperaturunun aşağı düşməsi dənizlərin ekosisteminə təsir edərək onların tərkibində duzluluğu, turşuluğu və digər mühüm parametrləri dəyişəcək.

Amerikalı alimlər müasir iqlim modellərindən, dörd müxtəlif nüvə münaqişəsindən istifadə edərək bu dəyişikliyi təfsilatı ilə hesablayıblar. Məlum olub ki, Alan Robok və onun sələfləri "nüvə qışı"nın dəniz ekosistemləri üçün fəsadlarını lazımınca qiymətləndirməyiblər. Amerikalı ekoloqların hesablamalarına görə, Dünya okeanına böyük miqdarda CO₂ və digər maddələrin düşməsi dənizin turşu-qələvi balansını və kimyəvi tərkibini xeyli dərəcədə dəyişəcək. Bu da öz növbəsində molyusk, mərcan polipləri, habelə müxtəlif növ planktonların həyatına, onları formalaşdıran mühitin mövcudluğuna təsir edəcək. Bu orqanizmlər məhv olub suya qarışdıqdan sonra onların formalaşması üçün şərait olmayacaq. Odur ki, "nüvə qışı"nda Dünya okeanının insanlar üçün qida mənbəyi olması fikri ağlabatan deyil.

 


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.