Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
03:30
609

17
Avq
03:30



“Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək

Bu həftə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start veriləcək.

XeberOxu.az-ın məlumatına görə, “Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Maraqlıdır ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda “Qəbələ” qələbə qazanıb.

Ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan komandamız 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən futbolçularımız Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi rəqib qapısına 7 qol vurub.

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komandamız 21 qol buraxıb.

15-ci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan futbolçularımız 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədir – 26:7.

Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də keçiriləcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qəzada ölən məktəblilərin kimliyi məlum olub







“İstəməzdim ki, Çingizin adı bu işdə hallansın” - Mirşahin







“Bizi 4 dəfə səhnəyə qaytardılar...”







Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.