XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Fev
2021
11:23
1143
27
Fev
11:23



“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir

Azərbaycanda ömürlük cəzaya məhkum edilən - “Qurbaşı” dəstəsinin sağ qalan üzvlərindən biri Çingiz Paşayev yenidən məhkəməyə müraciət edib.

“Report”un xəbərinə görə, o, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.

Ç.Paşayevin təqdimatı Qaradağ Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, “Qurbaşı” dəstəsinin üzvlərindən olan Ç.Paşayev hazırda Qobustan qapalı həbsxanasında cəza çəkir. Ölüm cəzasına məhkum olunmuş “Qurbaşı” dəstəsinin beş üzvündən yalnız Ç.Paşayevlə Əli Quliyev sağ qalıb. Digərləri isə həbsxananın divarları arasında dünyasını dəyişib.

1989-cu ilin əvvəlində 14 nəfərdən ibarət qrup həbs olunub. Ən son saxlanılan Ə.Quliyev və Ç.Paşayev olub. 14 müttəhimdən beşi ən ağır cəza - ölüm cəzasına məhkum edilib. Daha sonra ölüm cəzası yüngünləşdirilərək ömürlük cəzası ilə əvəz edilib.

Dəstə üzvləri üç ayrı SSRİ ərazi subyektinin Cinayət Məcəlləsi əsasında mühakimə olunub. Azərbaycan SSR-nin Cinayət Məcəlləsinə (1984-cü il redaksiyası) əsasən, həmin şəxslər quldurluqda, iri məbləğli talanda, ağır hallarda dəstə şəklində qəsdən adam öldürmə, qəsdən adam öldürmənin təşkili, həyata keçirilməsi və iştirakda təqsirləndirilib. RSFSR Cinayət Məcəlləsi üzrə onlara quldurluq, qəsdən adam öldürmədə iştirak kimi ittihamlar tövsif olunub. Dəstə üzvləri, bundan başqa, Gürcüstan Respublikasının Cinayət Məcəlləsi əsasında mühakimə olunub.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.