XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
13:40
380
07
Apr
13:40



“SOCAR Polymer” tədarükə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il ilk dəfə olaraq dəmir yolu vasitəsilə Rusiyaya özünün “SOCAR Polymer” zavodunda istehsal edilən poliolefinin ixracına başlayıb.

Belə ki, Azərbaycan şirkəti xaricə məhsul tədarükü üsullarını şaxələndirir. Bu da şirkətin 2020-ci ildə dəmir yolu daşımaları zavodundakı əlavə platforma avadanlığı sayəsində mümkün olub.

Məlumata görə, “SOCAR Polymer” zavodunun istehsalı olan polipropilenin dəmir yolu ilə Rusiyaya tədarükü bu ilin yanvar ayında başlayıb. Polietilen tədarükünə isə fevraldan start verilib.

Belə ki, dəmir yolu ekspeditorlarının məlumatlarına əsasən, 2021-ci ilin birinci rübündə Sumqayıt stansiyasından Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərinə 2,6 min ton polipropilen və 2,3 min ton polietilen tədarük edilib.

Qeyd edək ki, 2020-ci ilin nəticələrinə əsasən, “SOCAR Polymer”in Rusiyaya polipropilen ixracı 46,6 % artaraq 27,9 min ton təşkil edib. Ötən il ərzində bu zavoddan polietilen ixracı isə 3 dəfə artaraq 11 min ton olub. Bununla da “SOCAR Polymer” Rusiya bazarına poliolifen tədarük edən şirkətlərin ilk onluğuna daxil olub.

Hazırda Rusiyaya tədarük edilən poliolefin ixracının 40 % -ni Azərbaycanın payına düşür. SOCAR həmçinin Türkiyə, Çin və Qazaxıstana da polimer ixrac edir.

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.