AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





31 May
2019
16:44
1107



“Səmimi görünmək istəsələr də, içlərində şeytan var”-VIDEO

“Altı ay,  altı gün həbsxanada oldum. Hardasa 10 ilimi geriyə saldı. Bu müddət ərzində hər şeyin dəhşətli yuxu olduğunu düşünürdüm. Yata bilmədiyim günlər Bakı İstintaq Təcridxanasında oldu. Düşünürdüm ki, məhkəmədir, gedib evə qayıdacam. Amma birbaşa həbsxanaya getdim”. 

Xeberoxu.az xəbər verir ki, bu sözləri bir neçə həftə bundan əvvəl azadlığa çıxan prodüser Təranə Səmədova deyib. O, Tarix Əliyevin “Youtube” layihəsində cəza evində yaşadıqlarından danışıb:

“Utandığım bir şey yoxdur. Kütlə müəyyən şeyləri bilmir, amma qınayır. Məhkumluq gördüm, buna görə pis oldum. Yazırlar ki, səsin batıb, əvvəlki Təranə deyilsən. Düzdü, sınaq müddətində səbr etməyi öyrəndim. Çılğınlığımı həbsxanada dəfn etdim”. 

Təranə məhkumluq dövründə qızı Suel üçün çox darıxdığını qeyd edib: “Qızımla bağlı çox narahat idim. Bilirəm ki, mən və anam olmadan məktəbdə digər valideynlərlə iclas keçirilib. Deyilib ki, uşaqlara tapşırılsın və Suelə bu mövzuda sual verilməsin. Suelin məhkəmə gedişatında məsələdən xəbəri var idi. Cəzaçəkmə müəssisəsinə gedəndən 1 həftə sonra qızımı gördüm. O mənə ürək-dirək verirdi. Bir dəfə yanıma gələ bilməmişdi, anamla məktub göndərmişdi. Yazmışdı ki, məktəbdə tədbirim var, ona görə gəlməmişəm”. 

O, açıqlamasında şikayətçi olan şəxslərin keçmiş rəfiqələri olduğunu bildirib: “Tutulmağıma səbəb olan insanlara belə kinli deyiləm. Həyatda heç kim sığortalanmayıb. Əvvəllər söz olaraq, indi isə əminliklə deyirəm. Kimsə həbsimə sevinibsə, Allahdan qorxsun. Heç kim kiminsə pis gününə sevinməsin. İndi ətrafımı çox təmizləmişəm. İndi heç kim yoxdu, insanlara çox inanmıram. Üzdə səmimi, xoş görünmək istəsələr də, içlərində şeytan var. Çünki ən yaxın rəfiqələrimdən biri üzümə durdu. Hələ gəlib 1 ilin az olduğunu, 3 ilədək həbs olunmağımı istəyirdi. Özümdə günah görürəm ki, onlar mənim ətrafımda olub. Onlar dost olmaq istəyiblər, mən də geri çevirməmişəm”. 

Təranə həbs müddətində atasının Suellə maraqlanmadığını sözlərinə əlavə edib: “Bu dövrdə qızımın atası maraqlanmadı, axtarmadı. Onun hazırda ailəsi, uşağı var. 9 ildə bir-iki dəfə danışıblar. Bizim münasibətimiz olub, övladım dünyaya gəlib. Qızımın atasının adı Abbasdır. Amma Suel mənim soyadımı daşıyır. Atası onun bir yaşında gəlib təbrik etmək istədi, dedim ki, bir də bizi axtarma”.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər







Nazir: Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az