# EVDƏQAL
# EVDƏQAL



23 Mart
2020
21:59
832

23
Mart
21:59



“Tokio 2020”: təşkilat komitəsinin sədri yarışların təxirə salınmasının mümkünlüyündən danışıb

“Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları təşkilat komitəsinin sədri yeni koronovirusun bütün dünyaya yayılması ilə əlaqədar yarışların təxirə salınmasının mümkünlüyünü bildirib.

 XeberOxu.Az-ın məlumatına görə, bu barədə təşkilat komitəsinin sədri Yoşiro Mori Beynəlxalq Olimpiya Komitəsi (BOK) oyunların təxirə salınması da daxil olmaqla, müzakirələrin yaxın dörd həftə ərzində başa çatdırılacağını bəyan etdikdən sonra, martın 23-də Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.

Y.Mori qeyd edib ki, təşkilat komitəsi Olimpiya Oyunlarının plana uyğun olaraq keçirilməsi üçün əzmlə çalışıb. Lakin qlobal vəziyyət dəyişib və yeni koronovirus təhlükəsi ilə əlaqədar ABŞ-da və Avropa ölkələrində çox böyük gərginlik yaşanır.

Komitə sədri əlavə edib ki, indiki vəziyyətdə ilkin planın saxlanmasına çalışmaq heç də ağıllı hərəkət olmazdı. Əgər Oyunlar təxirə salınarsa, təşkilat komitəsi yarışların nə vaxt keçiriləcəyini dəqiqləşdirməlidir. Eyni zamanda, yarışların təxirə salınması ilə bağlı yarana biləcək problemlər də aydınlaşdırılmalıdır.

Komitənin baş direktoru Toşiro Muto isə Olimpiya Oyunlarının məşəl estafetinin martın 26-da, planda nəzərdə tutulduğu vaxtda Fukuşima prefekturasında başlanacağını bəyan edib. O, həmçinin deyib ki, reallıqda koronovirusun hər gün daha böyük təhlükəyə çevrilməsi vəziyyəti daha da ciddiləşdirir və komitə estafet başlandıqdan sonra yarana biləcək təhlükəni minimuma endirmək üzərində düşünür.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.