XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



03 May
2021
22:54
406
03
May
22:54



“Türk ocaqları” Şuşada kitabxana açmaq istəyir

Mərkəzi Qərargah Ankarada yerləşən, 110 yaşlı “Türk ocaqları” təşkilatı Şuşada kitabxana yaratmaq istəyir. “Türk ocaqları”nın əsas qurucu babalarından olan Əhməd bəy Ağaoğlunun adını daşıyacaq kitabxananın ərsəyə gəlməsi üçün “Türk ocaqları” bütün imkanlara sahibdir.

Bu barədə Azərbaycan “Türk ocağı”nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Modern.az-a məlumat verib.

A.Aşırlı qeyd edib ki, Türkiyədə və Avropanın bir çox ölkəsində 200-dən çox şöbəsi olan “Türk ocaqları” Şuşanın tarixi önəmini və mədəniyyət paytaxtı kimi gərəkliyini çox gözəl anlayır və azad Şuşada gözəl bir kitabxana tikib, Türk Dünyası mütəfəkkirlərinin əsərləri ilə zənginləşdirməyi arzu edir.

Türkiyənin dövlətçilik tarixində böyük rolu olan “Türk ocaqları”nın əsasının Əhməd bəy Ağaoğlunun evində qoyulmasına diqqət çəkən A.Aşırlı deyib: “Cənab Ali Baş Komandan İlham Əliyev “Türk ocaqları”nın bu təklifinə müsbət rəy versə, qısa müddət ərzində bu proseslərə başlanıla bilər.

“Türk ocaqları”nın hər bir üzvü bu işi qəlbən, ruhən həyata keçirməyə hazırdır”.

A.Aşırlı qeyd edib ki, Ə.Ağaoğlu, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərin Türkiyədə quruculuğunda  iştirak etdiyi “Türk ocaqları” 44 günlük Vətən Savaşında daim Azərbaycanın yanında olub, qızğın döyüşlər zamanı Tərtərə, Bərdəyə və Gəncəyə 420 ailə üçün humanitar yardım göndərib.

Əksər hospital və xəstəxanalarda “Türk ocağı”na mənsub onlarla milliyyətçi türk həkimi təmənnasız yaralıları əməliyyat edib həyata qaytarıblar.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.