Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
21:32
2994



“Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb

Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Xeberoxu.az-a verilən məlumata görə, “Türkiyə-Azərbaycan” jurnalının ilk sayında hər iki ölkə üçün maraqlı olan diplomatiyadan mədəniyyətə, idmandan iqtisadiyyata geniş bir sahədə vacib xəbərlər əhatə olunmaqla yanaşı, bir sıra şəxslərin məqalələri və müsahibələri də dərc olunub.

Jurnal Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə çap olunub.

Türkiyə və Azərbaycanın birgə səsi olan jurnalın ilk nömrəsi bir sıra tanınmış dövlət və ictimaiyyət nümayəndələrinə təqdim edilib.

Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Kasapoğlu jurnalın ilk buraxılışını diqqətlə nəzərdən keçirib və “Türkiyə Azərbaycan” jurnalının iki ölkəyə də xeyirli olmasını arzulayıb. Növbəti nömrədə özünün də məqaləsinin yer alması təklifinə müsbət yanaşıb.

Türkiyə Respulikasının Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq da “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsini böyük həvəs və maraqla qarşılayıb, jurnalın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev də jurnalın fəaliyyətini son dərəcə yüksək dəyərləndirib və sərf edilən əməyin çox qiymətli olduğunu qeyd edib.

Türkiyədə təhsil alan xarici tələbələr və fəaliyyət göstərən diplomatlar da jurnalı maraqla qarşılayaraq, gələcək fəaliyyəti ilə bağlı xoş arzular bildiriblər.

Jurnalın ilk nömrəsi Türkiyə, Azərbaycan və beynəlxalq təşkilatların yüksək səlahiy­yətli nümayəndələrinin müsbət rəylər ilə nəşr olunub.

Jurnal Türkiyə və Azərbaycanda, eləcə də hər iki ölkənin diasporunun olduğu digər ölkələrdə pulsuz paylanacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az