23 Yan 2021
19:17
![]() |
23
Yan 19:17
![]() “Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır Müasir dövrdə “Vikipediya”ya maraq getdikcə artır. “Vikipediya” hər xalqa öz mədəniyyətini, tarixini, ədəbiyyatını, dəyərlərini çatdırmaq nöqteyi-nəzərindən böyük imkanlar yaradır. Almaniyada yaşayan soydaşlarımız tərəfindən də “Vikipediya”da fəaliyyət göstərən qrup yaradılıb. Bundan sonra “Vikipediya”nın alman dili bölməsində ölkəmizlə bağlı məqalələr yaradılacaq və zənginləşdiriləcək. Bu barədə "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaşı-ekspert Elnur Eltürk məlumat verib. “Almaniyada yaşayan akademik təhsilli soydaşlarımız tərəfindən Alman-Azərbaycan Vikipediya Klubu formalaşdırılıb. Klubun heyəti Almaniyada təhsil alan, akademik dairələrdə çalışan vətənpərvər soydaşlarımızdan təşkil olunub. Qrupa Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlər keçirilib. Qrup “Vikipediya”da məqalələrin yaradılması və zənginləşdirilməsi qaydalarını mənimsəyib. Qrup peşəkarlardan təşkil olunduğu üçün effektiv, nəzərəçarpacaq işlərin ortaya qoyulacağı gözlənilir. Fəaliyyət istiqamətini müəyyən edən qrup üzvləri tərəfindən məqalələr tərcümə edilməklə bərabər, həm də əsaslı mənbələrlə Azərbaycanla bağlı məqalələr yaradılacaq və redaktə ediləcək”, - deyə Elnur Eltürk qeyd edib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib
“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Paytaxtda 67 yaşlı qadını maşın vurdu
|