CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
22:08
1062

04
Iyun
22:08



“Virtual aləmə səyahət” adlı tədbir keçirilib-FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC tərəfindən 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı “Virtual aləmə səyahət” adlı tədbir keçirilib.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi şagirdlərinin iştirakı ilə baş tutub. Şagirdlərə internetdə təhlükəsiz davranış qaydalarını və virtual məkanda yarana biləcək təhlükələrdən qorunma yollarını izah etmək üçün psixoloq dəvət edilib.

İlk öncə azyaşlılara yüksək texnologiyaların sürətli inkişaf etdiyi dövrdə hər kəsin maraq dairəsinə daxil olan virtual aləmin üstünlükləri haqqında məlumat verilib. Tədris prosesində internetdə yer alan zəruri məlumatlardan faydalanma yolları haqqında danışılıb. Eyni zamanda istənilən informasiyaya azad çıxış imkanı verən internet şəbəkəsinin təhlükələrindən bəhs edilib. Zərərli məzmun daşıyan veb-saytların, oyunların, filmlərin və sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyətin mənfi nəticələri barədə məlumat verilib.

Daha sonra virtual reallıq mərkəzində şagirdlər üçün son nəsil virtual cihazlarlardan istifadə etməklə onların yaş həddinə uyğun əyləncəli oyun proqramı təşkil edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu rayonların qaz təchizatında fasilə yaranacaq







Maqnit qasırğası xəbərdarlığı







Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb







Bakı polisi təlimlərə cəlb olunur


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az