Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



02 Iyul
2020
11:18
5495
02
Iyul
11:18



“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start veriləcək.

Təhsil Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsindən ibarətdir.

Layihə çərçivəsində şagirdlər maraqlarına uyğun olaraq “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə qoşula biləcəklər.

Hər gün saat 15:00-da keçiriləcək tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunacaq. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu dərnək xidmətlərindən Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər faydalana bilərlər. Dərslərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdiriləcək və dərsləri təkrar izləmək imkanı yaradılacaq.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan dərnəklərlə yanaşı “Virtual məktəb”də şagirdlər üçün yay tətili müddəti ərzində “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar davam etdiriləcək. Həmçinin yaxın müddətdə platformada riyazi təfəkkürün inkişafı üzrə onlayn yarışmalara start verilməsi də nəzərdə tutulur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.