30 Iyun
2020
08:05
1170

30
Iyun
08:05



“WorldSkills Asia” təşkilatı sahə mütəxəssisləri üçün onlayn təlimlər təşkil edəcək

İyulun 1-dən etibarən “WorldSkills Asia” təşkilatı tərəfindən üzv ölkələr üçün İKT istiqaməti üzrə 8 peşə bacarığını hədəfləyən onlayn təlimlərə başlanılacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  XeberOxu.Az-a bildirilib ki, təlimlər sahə mütəxəssislərinin biliklərinin artırılması və hazırda əmək bazarının tələb etdiyi bilik və bacarıqların təhsil sisteminə gətirilməsinə istiqamətləndirilib. 130-dan çox nümayəndənin qatılacağı təlimlər İKT şəbəkə sistemlərinin idarəedilməsi, biznes üçün İKT həlləri, veb-dizayn və bu kimi digər sahələri əhatə edir. Onlayn qaydada keçiriləcək təlimdə Azərbaycandan 5 peşə istiqaməti üzrə 6 mütəxəssisin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.

“WorldSkills” müsabiqəsi peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sərt karantin rayonlarından Oğuza istirahətə gələnlər aşkarlanıb







Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi







Prospektdə baş verən qəza tıxaca səbəb olub







Mal-qara oğurları saxlanılıb.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.