XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Apr
2021
10:28
534
08
Apr
10:28



“Yetim”, “Malış” və “Makan” ləqəbli narkotacirlərdən xəbər var

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağayev Elşad Teymur oğlu, Əliyev İsrəfil Həbib oğlu və Həsənov Vaqif Mərdalı oğlu barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Hacıqabul rayon məhkəməsinə göndərilən iş Həmid Əzizovun icraatına verilib.

Qeyd edək ki, sözügedən şəxslər cari ilin  yanvar ayında Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Belə ki, əməliyyat nəticəsində Muğan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənov Rəşad Adil oğlu tutulub və onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, rayonun Muğan qəsəbə sakini, 1988-ci il təvəllüdlü kriminal aləmdə “Yetim” ləqəbi ilə tanınan Ağayev Elşad Teymur oğlu tanışı, əvvəllər Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş, kriminal ləqəbi “Makan” olan Hacıqabul şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənov Vaqif Mərdalı oğlundan satın aldığı narkotik vasitə olan heroinin bir hissəsini Həsənov Rəşad Adil oğluna, digər hissəsini isə  Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev İsrafil Həbib oğluna satıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Vaqif Həsənov saxlanılan zaman onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Digər bir əməliyyat zamanı Hacıqabul sakini, 1997-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Malış” ləqəbi ilə tanınan Zülfüqarov Əli Adil oğlu saxlanılıb. Onun üzəinə baxış zamanı ondan 330 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.