Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



03 Fev
2023
18:16
691
03
Fev
18:16



“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI +FOTO

Ciddi cinayətlər törədənləri dəli adı ilə qorumağa çalışanlar indiyə kimi çox olub. Hətta bir həftə bundan öncə Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin guya ruhi xəstə olması müəyyən edilib.

Maraqlıdır, belə uydurmalara görə, kimsə məsuliyyət daşıyırmı? Və ya ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Xeberoxu.Az xəbər verir ki,Məsələ ilə bağlı deputat Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, ruhi xəstə adı altında cinayət məsuliyyətindən boyun qaçırmaq halları ilə tez-tez üzləşmişik. 

Onun sözlərinə görə, cinayətkarın ruhi xəstə olması həkim rəyi ilə müəyyən olunur:

“Son illər bu məsələyə ciddi nəzarət edilir. Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarın məsuliyyətdən boyun qaçırması üçün ruhi xəstə olması ilə bağlı sənəd alması gözlənilən idi. Bu "ruhi xəstə" adını da terrorçuya İranı idarə edən ruhi xəstələr verib. Bəlkə həmin cinayəti törədən şəxsin başına əmmaməni qoyub azadlığa buraxıblar. Bütün bunlar İran sisteminin mahiyyətini göstərir. Onlar dünya üçün ən təhlükəli dövlətlərdən biridir. İran bu cür qatil zehniyyəti ilə çox idarə oluna bilməz. Bu artıq qanuni davranış deyil. Bu, bilavasitə İran dövlətinin özünün uydurduğu ssenarini bağlamaq cəhdidir. Bu cəhd bizim tərəfdən səmimi görünmür. Biz bütün platformalarda İranda bilavasitə rəhbərlik edən şəxslərin cinayətkar olduğunu hər kəsə bildirəcəyik”.


Xeberoxu.az

Məqalə:     #“Terrorçuya    #“ruhi    #xəstə”    #adını    #İranı    #idarə    #edən    #ruhi    #xəstələr    #verib”    #–    #DEPUTAT    #DANIŞDI    #+FOTO  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.